
Bu gün Azərbaycanın işğal altındakı qədim Şuşa şəhərində xalça muzeyinin açılış mərasimi keçirilib.
Musavat.com-un verdiyi xəbərə görə, muzey hazırda qondarma qurumun “prezident"inin müşaviri Vardan Assatryanın şəxsi təşəbbüsü ilə yaradılıb.
Kolleksiyada 17-19-cu əsrlərə aid olduğu bildirilən 250 xalça var. Böyük ehtimalla onların əksəriyyətinin “qədim erməni xalqına” heç bir aidiyyəti yoxdur. Ən yaxın tarixi belə saxtalaşdırmaqda ad çıxaran, qonşu xalqların musiqini, xörəkləri, hətta adam adlarını belə həyasızcasına özününküləşdirən bir millətin xalça (incəsənət) oğrusu olmadığına kim inanar ki...