Xəbər lenti

Ermənilər suyumuzu kəsirlər?
Ölkə06:57 05.12.2013

Ermənilər suyumuzu kəsirlər?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Son vaxtlar erməni mətbuatında Azərbaycana axan çayların qarşısının alınması məsələsi ciddi müzakirə olunur. 

Erməni yazarlar Azərbaycana siyasi təzyiq elementi kimi onların ərazisindən axan çayların qarşısının alınmasını təklif edirlər. Və hesab edirlər ki, qərb regionlarının sudan məhrum edilməsi burada kənd təsərrüfatını məhv edəcək və otlaq və suvarma sahələrindən məhrum olan əhalini bu rayonları tərk etməyə məcbur edəcək. 

Yazılanlar real olarsa, bunun Azərbaycana nə kimi təsiri ola bilər? Ümumiyyətlə, Azərbaycan Ermənistandan gələn çaylardan nə dərəcədə asılıdır?

İqtisadçı ekspert Qadir İbrahimli deyir ki, erməni mətbuatının bu mövzuda yazmağı başadüşüləndir. Adətən belə məlumatlar yaymaqla insanları təşvişə salmaq istəyirlər. O ki, qaldı yazılanlar real olarsa Azərbaycanı nəyin gözlədiyinə, Qadir İbrahimli deyir ki, bunun iqtisadiyyata ciddi təsiri olmaz: "Suyun qarşısını kəsib nə edəcəklər? Qarşısı alınan suyu harada saxlayacaqlar? Bundan əlavə, Ermənistan ərazisindən gələn çayların qarşısı alınsa belə, Azərbaycanı ciddi problem gözləməyəcək. Çünki ölkədə kifayət qədər su ehtiyatı var. Yazılanlar doğru olarsa, sadəcə müvəqqəti çətinlik yarana bilər. Ancaq bu qısa bir müddətə bərpa olunan problemdir. Düzü, Ermənistan ərazisində çaylara zərərli maddələr atılması məsələsi doğru ola bilər, ancaq qarşısının alınması absurddur".

Ermənilər Suyumuzu Kəsirlər?Ekspert bu sahədə Azərbaycan üçün ciddi təhlükə görmür: "Açığı Azərbaycan Ermənistandan axan çaylardan asılı vəziyyətdə deyil. Onu da deyim ki, bu cür məlumatlara biz də tez-tez rast gəlirik. Erməni mətbuatı belə xəbərləri qəsdən yayır. Öz üstünlüklərini göstərmək üçün belə absurd ideyaları tez-tez səsləndirirlər. Sonda da heç biri reallaşmır. Söz olaraq qalır. Əslində onlar bu yolla məhz ictimai rəyə təsir etmək, bizi təşvişə salmaq üçün əl atırlar. Məhz su ilə bağlı yayılan xəbər də əsassız olaraq qalacaq". 

Ermənilər bu məsələdə hüquqi məsuliyyət daşımırlar

Politoloq Azər Qasımlı hesab edir ki, bu məsələ beynəlxalq hüquq tərəfindən tənzimlənmir və beynəlxalq hüquq bu tipli məsələləri maraqlı dövlətlərin öhdəliyinə buraxır. Onun sözlərinə görə çaylar, göllər və bu kimi su hövzələrində tənzimləmə iki və ya daha çox dövlət arasında razılaşmalara əsasən həyata keçirilir. 

Ermənilər Suyumuzu Kəsirlər?Azər Qasımlının zənnincə, Ermənistan Azərbaycana qarşı su savaşı açarsa, hüquqi baxımdan onlara qarşı hər hansı təzyiq göstərmək mümkün olmayacaq, çünki erməni tərəfi öz ərazisindən keçən suların istədiyi kimi istifadə etmək hüququnu önə çəkərək, bizim bütün iddialarımızı rədd edəcək. Lakin erməni tərəfi də başa düşməlidir ki, bununla onlar bölgəyə müəyyən mənada ekoloji zərbə endirmiş olacaqlar. Bununla da dünya ictimaiyyəti tərəfindən qınanacaqlar. Digər tərəfdən isə Ermənistan tərəfi Azərbaycana gələn suların qarşısını almaqla, ölkəmizə heç bir ciddi ziyan vura bilməyəcək. Politoloq hesab edir ki, ermənilərin belə bir addımı yalnız müvəqqəti xarakter daşıyacaq, çünki onların ərazisindən Azərbaycan ərazisinə hər hansı böyük çay axmır ki, biz bu çaylardan ciddi şəkildə istifadə edək. Ehtiyac olduğunda isə susuz qalan bölgələrdə yeni su hövzələri yarada bilərik.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gün boyu məsələyə münasibət öyrənmək mümkün olmadı. Nazirliyin mətbuata açıqlamasında isə deyilir ki, Ermənistan tərəfi Azərbaycana axan çayları zərərli maddələrlə çirkləndirməkdə israrlıdır: "Ən çox çirkləndirilmə faktı Araz çayında qeydə alınıb. Minlərlə insanın həyatını təhlükəyə atan bu cinayət əsasən Oxçuçay vasitəsilə törədilir. Belə ki, mənbəyini Ermənistan ərazisindən götürən bu çaya toksik tullantılar və digər təhlükəli maddələr axıdılır. Bizim Araz çayında mütəmadi apardığımız araşdırmalar da sübut edib ki, bu çayda zərərli maddə və birləşmələrin miqdarı normadan qat-qat artıqdır”.

Elxan və Vurğun Süleymanovların həmmüəllifi olduğu "Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri" kitabında isə deyilir ki, Azərbaycanın işğal olunmuş ərazilərinə yaxın olan rayonların su təminatı və suvarma sistemi pozulub. Bu isə torpağın və bitki qatının vəziyyətinə mənfi təsir göstərir. Quraq region hesab edilən Azərbaycan üçün suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı həyati məsələlərdir: "Azərbaycanın ərazisindən axan transsərhəd çaylar Ermənistan tərəfindən qəsdən zəhərləyici maddələrlə çirkləndirilir. Belə çaylar arasında Araz, Ağstafa və s. çaylarının adlarını çəkmək olar. Azərbaycanın çay suları resurslarının təxminən 70 faizi tranzit çaylar hesabına formalaşır. Çay sularının çirklədilməsi ilə mübarizə üzrə bir çox regional sazişlərdə birbaşa nəzərdə tutulur ki, digər dövlətin ərazisindən axan çay sularının əhəmiyyətli dərəcədə çirklədilməsi və bununla da bu dövlətə əhəmiyyətli dərəcədə zərər vurulması beynəlxalq hüquq normalarının ciddi şəkildə pozulması deməkdir".

Düşmən mətbuatı fürsəti əldən buraxmır

Erməni mətbuatında bu məsələ ilə bağlı gedən son məqalə əslində noyabrın 25-də Azərbaycan prezidenti yanında strateji araşdırmalar mərkəzi (SAM) və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına coğrafiya İnstitutu “Ermənistan Respublikasının hidroterror və hidrodiversiya aktları regional təhlükəsizliyə təhdid kimi” mövzusunda keçirilən elmi-praktiki konfransın təsiri altında yazılıb. Əslində "Azərbaycanın su blokadası mümkündür" başlıqlı erməni jurnalistin yazdığı məqalə sözügedən konfrans haqqında məlumatla başlayır. `Konfrans SAM-ın direktoru Fərhad Məmmədovun və AMEA-ın Yer Elmləri bölməsinin akedemik-katibi Fəxrəddin Qədirovun giriş sözləri ilə başlanmış, ardınca isə erməni oxucusunun mütləq marağına səbəb olacaq məruzələr dinlənmişdir: “Regional münaqişələrin yaranmasında su faktoru”, “Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində mümkün hidrodiversiya aktları və onların qarşısının alınması yolları”, “Beynəlxalq hüquq müstəvisində Ermənistanın Azərbaycana qarşı hidrodiversiya aktları” və s. Konfrans çərçivəsində, o cümlədən, SAM-ın elmi işçisi Araz Qurbanovun “Hidroböhran, hidromüharibələr, hidrostrategiya” adlı kitabının təqdimat mərasimi keçirilib. Həmçinin, gələn il Bakıda verilmiş məsələ üzrə beynəlxalq konfransın keçirilməsi qərarı qəbul edilib.

Erməni yazarların düşmənə qarşı yönələn bu tipli həyacan dolu yazıları əslində anlaşılandır. Birincisi, daxili auditoriyaya hesablanmış belə yazılar onsuz da geriləmkdə olan Ermənistanın ölkə ictimaiyyəti qarşısında öz imkanlarının şişirdilməsinə yönəlib. İkincisi isə erməni mətbuatının düşmən ölkədə - yəni Azərbaycanda da oxunulduğu ermənilər tərəfindən yaxşı başa düşülür. Odur ki, bu yazılar düşmənin düşmənə qarşı psixoloji təzyiqindən başqa bir şey deyil. Lakin məsələnin önəmli tərəfi isə, bizim bilim adamlarının belə mövzuları açması və düşmənlərimizin əlinə fürsət vermələridir./cumhuriyyet.info/