Xəbər lenti

Ermənilər Tərtərə 36-ya yaxın top mərmisi atıb
Ölkə05:50 08.11.2020

Ermənilər Tərtərə 36-ya yaxın top mərmisi atıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhədə gərgin döyüşlər davam edir.
Bu barədə "Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.
Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.
Düşmən rayon rayon ərazisinə ümumilikdə 36-ya yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.