Xəbər lenti

Ermənilər Tovuz sakinini yaraladı - RƏSMİ MƏLUMAT
Ölkə09:08 28.03.2014

Ermənilər Tovuz sakinini yaraladı - RƏSMİ MƏLUMAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili İşlər Nazirliyi Tovuz sakininin ermənilər tərəfindən vurulması faktı ilə bağlı məlumat yayıb.

Qaynar.info-nun nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 28-də saat 02:00 radələrində Tovuz rayonunun Əlibəyli kənd sakini Elman Tağıyev ermənilər tərəfindən açılmış atəşdən xəsarət alıb.

Qeyd edək ki, martın 26-dan 27-nə keçən gecə erməni silahlı qüvvələri Tovuz rayonunun Əlibəyli kəndini intensiv atəşə tutublar. Kənd sakinlərinin APA-nın qərb bürosuna verdiyi məlumata görə, son 6 ayda belə intensiv atışma olmayıb. Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurub.