Xəbər lenti

Ermənilər Türkiyə əleyhinə aksiya keçirdi
Dünya18:16 16.04.2014

Ermənilər Türkiyə əleyhinə aksiya keçirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Aprelin 15-də İsfahan şəhərində İran vətəndaşı olan bir qrup erməni Türkiyə əleyhinə aksiya keçirib.

APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, ermənilər rəsmi Ankaranı Suriyada ermənilərin məskunlaşdıqları Kəssab şəhərində terrorçuların törətdikləri cinayətləri dəstəkləməkdə ittiham ediblər. Aksiyada “Faşist türk dövlətinə ölüm!”, “ABŞ və Türkiyə terrorçuların himayədarıdır!”, “Türkiyənin cinayətləri pislənməlidir!” kimi şüarlar səsləndirilib.

Qaynar.info