Xəbər lenti

Ermənilər Xocalı aeroportunu işə salmaq istəyir
Ölkə13:37 11.04.2013

Ermənilər Xocalı aeroportunu işə salmaq istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakının etiraz və hədələrinə baxmayaraq erməni tərəf bu il yayın əvvəlində Xocalı aerportunu işə salmaq istəyirlər. 

Bu haqda haqda məlumatı Turan yayıb. Turan Xəbər Agetnliyinin yaydığı xəbərə görə bu səbəb üzündən ATƏT-in Minsk qrupu vasitəçiləri tərəfləri vəziyyəti gərginləşdirəcək və döyüş əməliyyatlarının başalmasına səbəb olacaq addımlar atmaqdan çəkindirməyə çalışırlar.  ATƏT və Qərb bütünlükdə İrəvanı bu addımı atmamağa məcbur etmək, eləcə də Bakını aeroporta və mülki təyyarələrə zərbə endirməkdən çəkindirmək imkanları yoxdur. İndiki halda Minsk qrupu ölkələrinin liderlərinə və vasitəçilərinə münaqişə tərəflərinin ata biləcəyi addımları, habelə, irimiqyaslı müharibə başladığı halda öz atacağı addımları hesablamaq qalır.

Bu məsələ ilə bağlı beynəlxalq birliyin vahid xətt və konsepsiyası yoxdur. Amma belə fikir var ki, Ermənistan vəziyyəti bilərəkdən gərginləşdirməklə Azərbaycanın gözlənilməz zərbə endirmək imkanını əlindən almaq istəyir. 

Qaynar.info