
Xocalı aeroportunun açılmasının təxirə salınmasının ardından Ermənistan tərəfi yeni hava marşrutu açmağa qərar verib
Modern.az saytı erməni mediasına istinadən xəbər verir ki, indi də yeni Syünik-İrəvan aviareysinin açılması gündəmə gəlib. Ermənistanın Syünik vilayətində olan aeroportun heç də pis durumda olmadığı bildirilir. Qeyd olunur ki, bəzi maliyyə yardımları olarsa, bu hava limanı İran-ABŞ əlaqələrinin normallaşması fonunda İran-Qarabağ-İrəvan-Gürcüstan “İpək yolu” na çevrilə bilər.