Xəbər lenti

Ermənilərdən itkin düşənlərin sayı açıqlandı
Dünya07:26 12.04.2016

Ermənilərdən itkin düşənlərin sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Helsinki Vətəndaş Assambleyasının (HVA) Vanadzor ofisi bəyanat yayıb.

Qaynar.info xəbər verir ki, bəyanatda aprelin 2-də Qarabağda baş verən döyüş əməliyyatları zamanı 16 erməni hərbçisinin itkin düşməsi ilə bağlı araşdırma aparılmasının zəruriliyi bildirilib.

Hazırda HVA-nın Ermənistan şöbəsi itkin düşən 16 hərbçi haqqında məlumat toplamaqla məşğuldur. Baxmayaraq ki, Ermənistanın Müdafiə Nazirliyi bu itkiləri gizləməklə məşğuldur. Erməni hüquq müdafiəçiləri bəyan ediblər ki, hərbçilərin itkin düşməsi ilə bağlı məlumatlar onların ailə üzvləri, sosial şəbəkələr və KİV-lərdən toplanılıb.

Qeyd edək ki, hüquqşünaslar Ermənistan rəhbərliyindən əsgərlərinin itkin düşmə səbəblərini ciddi şəkildə araşdırmağı və onlar haqqında ailələrinə məlumat verməyi tələb edib.