Xəbər lenti

Ermənilərin Azərbaycana vurduğu ziyan - CƏDVƏL
Ölkə14:20 22.04.2016

Ermənilərin Azərbaycana vurduğu ziyan - CƏDVƏL

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2 aprel 2016-cı il tarixində səhər tezdən Ermənistan Silahlı Qüvvələri işğal edilmiş ərazilərdəki mövqelərdən qoşunların təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə Azərbaycanın nəzarəti altında olan mülki əhalinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub.

Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 34 şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb.

Özəl və ictimai mülkiyyətə ciddi ziyan dəyib. Beləliklə, 314-ü fərdi yaşayış evi olmaqla 353 mülki bina, 3 məktəb, 3 uşaq bağçası, 1 mədəniyyət mərkəzi və digər iaşə obyektləri dağıdılıb və ya ciddi ziyan dəyib. Bundan başqa, 357 elektrik dirəyi, 3 elektrik yarımstansiyası, 30 transformator, eləcə də su anbarları, qaz boruları, yollar və digər mülkiyyətə ciddi ziyan vurulub.

AzVision.az Xarici İşlər Nazirliyinə (XİN) istinadən erməni təxribatı nəticəsində Azərbaycana dəyən ziyanı təqdim edir:

Qaynarinfo.az