Xəbər lenti

Ermənistan Atom Elektrik Stansiyasında qəza
Ölkə07:18 22.01.2017

Ermənistan Atom Elektrik Stansiyasında qəza

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanda atom elektrik stansiyasında qəza baş verib.

Qaynarinfo.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan baş nazirinin müşaviri Şuşan Sardaryan məlumat verib.

Onun sözlərinə görə, yanvarın 21-də atom elektrik stansiyasının enerji təchizatı yüksək gərginlikli elektrik ötürücü xəttində baş vermiş qəza nəticəsində dayandırılıb.

Sardaryan bildirib ki, qəza nəticəsində üçüncü enerji bloku operativ qaydada işə düşüb və elektrik enerjisinin çatışmaması Gürcüstandan təmin edilib.

Baş nazirin müşavirinin sözlərinə görə, axşam saatlarında qəza ilə bağlı problemlər aradan qaldırılıb.

Qaynarinfo.Az