Xəbər lenti

Ermənistan Azərbaycan mallarının daxili bazarda satışında problem görmür
Dünya07:11 30.07.2017

Ermənistan Azərbaycan mallarının daxili bazarda satışında problem görmür

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ermənistan qanunvericiliyi Azərbaycan mallarının idxalını qadağan etmir, lakin bəzən qanunsuz vasitələrlə Ermənistana Azərbaycan məhsulları gətirilir”.

"Qaynarinfo" publika.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Dövlət Qida Təhlükəsizliyi İdarəsinin rəhbəri Artur Nikoyan mətbuat konfransında deyib. O bildirib ki, idxal məhsulları Ermənistana müvafiq sənədlər olmadan keçirilə bilməz.

Nikoyan bu cür malları ticarət dövriyyəsinə buraxan sahibkar və satıcıları günahlandırıb. O, bu şəxslərin cəzalandırılacağını deyib: “Azərbaycan malları ölkəyə qanuni yolla gətirilibsə, laboratoriyalarda yoxlanılmalı, daha sonra bazara buraxılmalıdır. Əgər bu məhsullarda sağlamlığa zərər vuracaq maddə aşkar edilməsə, Ermənistan bazarında onların satışı problem olmayacaq”.

Qeyd edək ki, ötən həftələrdə Ermənistanda sosial şəbəkələrdə Azərbaycan istehsalı konfetlərin satılması barədə şəkillər yayılmışdı. Həmin konfetlərin Rusiyadan Ermənistana aparıldığı iddia edilmişdi.

Qaynarinfo.Az