Xəbər lenti

Ermənistan-Azərbaycan sərhədində vəziyyət necədir?
Ölkə05:49 20.09.2022

Ermənistan-Azərbaycan sərhədində vəziyyət necədir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sentyabrın 20-si saat 09:00-a olan məlumata görə, Ermənistan-Azərbaycan sərhədində vəziyyət dəyişməyib. 
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, sentyabrın 12-13-də Ermənistan bütün sərhədboyu təxribat törədib. Baş vermiş döyüşlər nəticəsində Azərbaycan Ordusunun 80 hərbçisi şəhid olub, 281-i yaralanıb.
Ermənistan tərəfi isə 207 hərbçisinin öldüyü və itkin düşdüyünü, 293 nəfərin yaralandığını, 20 nəfərin əsir düşdüyünü bəyan edib.