
Artuş Dalenoviç Petrosyan Tavuş əyalətinin vətəndaşıdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə Tavuş əyalətinin qubernatoru Ovik Abovyan çıxış edib.
O, Artuş Dalenoviçin həqiqətən Tavuş əyalətinin Çinari kəndində yaşadığını bildirib.
Qeyd edək ki, az öncə Müdafiə Nazirliyi bu gün saat 13.30 radələrində Tovuz rayonunun ərazisində ermənilərin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərdiyini və onların qarşısının alındığını bildirmişdi. İtkilər verərək geri çəkilən təxribat-diversiya qrupunun 4 üzvü məhv edildiyi, daha bir üzvü Berd rayonun Çinari kənd sakini 1989-ci il təvəllüdlü Karen Petrosyan isə əsgərlərimiz tərfindən tutulduğunu söyləmişdi.
Qeyd: Müdafiə Nazirliyinin rəsmi açıqlamasında Petrosyanın adı Karen, Ermənistanın rəsmi açıqlamasında isə Artuş qeyd edilir. Xatırladaq ki, qeyri-rəsmi məlumatlarda da Petrosyanın adı Artuş olaraq göstərilir.
Qaynar.info