
Ermənistanın Gömrük İttifaqına daxil olamsı ilə bağlı "yol xəritəsi" hazırdır.
Qaynar.info erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Tiqran Sarkisyan jurnalistlərə verdiyi açıqlamasında deyib.
Sarkisyan bildirib ki, bununla bağlı yaradılan işçi qrupu artıq sənədi hazırlayıb: "Dekabrın 11-12-də işçi qrupu Moskvada bununla bağlı müzakirə aparacaq və həll olunmamış qalan suallarla bağlı qərarını verəcək. Dekabrın 12-də işçi qrupu ölkəyə qayıdacaq və bizim "yol xəritəsi" ilə bağlı ümumi rəyimiz olacaq".
Qeyd edək ki, bir müddət əvvəl RİA Novosti agentliyi Gömrük İttifaqına qoşulmaqla bağlı "yol xəritəsi"nin dekabrın 24-də Moskvada imzalanacağı ilə bağlı məlumat yaymışdı.
Qaynar.info