Xəbər lenti

Ermənistan MTX Naxçıvana tranzitin proseduru və mümkün marşrutlarını açıqladı
Siyasət07:00 01.09.2022

Ermənistan MTX Naxçıvana tranzitin proseduru və mümkün marşrutlarını açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycandan Naxçıvana yol tranzitinin proseduru və mümkün marşrutları hazırlıq mərhələsindədir. 
Qaynarinfo xəbər verir ki, bu haqda Sputnik Ermənistan-a (SA) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən bildirilib.
Avqustun 18-də Ermənistanın Azərbaycanla sərhəddə üç keçid məntəqəsi açacağı məlum olub, Milli Təhlükəsizlik Xidməti tərəfindən hökumətin qərar layihəsi təklif edilib.
Xəbərdə deyilir ki, Sputnik Ermənistan Milli Təhlükəsizlik Xidmətindən aşağıdakı suallara cavab istəyib:
proses Azərbaycanla razılaşdırılıbmı;
nəzarət məntəqəsinin nə vaxt işə salınması planlaşdırılır;
delimitasiya başa çatana qədər işləyəcəklərmi;
diplomatik münasibətlər qurulana qədər fəaliyyət göstərəcəklərmi;
Və Milli Təhlükəsizlik Xidmətinin hazırkı şəraitdə Azərbaycan vətəndaşlarının Ermənistana daxil olmasını/çıxmasını təhlükəsiz hesab edib-etməməsi.
MTX cavab olaraq qeyd edib ki, departamentin təklif etdiyi layihəyə əsasən, 3 yeni keçid məntəqəsinin açılması planlaşdırılır ki, onların vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına avtomobil nəqliyyatı tranziti ilə getmək mümkün olacaq.
"Hazırda mümkün (avtomobil) marşrutları və prosedurları hazırlanır, ona görə də müvafiq qərarlar qəbul edildikdən sonra suallara cavab verilə bilər”, - deyə MTX-dən bildirilib.
SA xatırladıb ki, "Ermənistan-Azərbaycan dövlət sərhədi”ndə aşağıdakı keçid məntəqələrinin açılması təklif olunur. Layihədə "Dağlıq Qarabağ”dakı yaşayış məntəqələrinin və rayonlarının Azərbaycan toponimləri də göstərilir:
* "Sotk" ("Kəlbəcər"), Geqarkunik rayonu (Kəlbəcər rayonu)
* "Yerasx" ("Sədərək"), Ararat rayonu (Sədərək rayonu)
* "Qaraxunc" ("Eyvazlı"), Sünik rayonu (Qubadlı rayonu).
Layihənin əsaslandırılmasında qeyd edilir ki, layihənin qəbulu baş nazir Nikol Paşinyanın avqustun 4-də hökumətin iclasında verdiyi tapşırıqların yerinə yetirilməsi zərurəti ilə bağlıdır.
Avqustun 4-də Ermənistanın baş naziri bəyan edib ki, Ermənistan bu gün də Naxçıvanla Azərbaycan arasında əlaqəni təmin etməyə hazırdır.
SA qeyd edir ki, bu, faktiki sərhəddir, çünki Ermənistan və Azərbaycan delimitasiya və demarkasiyaya razılaşıblar.
Alpər