Xəbər lenti

Ermənistan odla oynayır - Ərdoğan
Siyasət06:43 28.04.2016

Ermənistan odla oynayır - Ərdoğan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistan odla oynayır. Türkiyədə 100 minə yaxın erməni var. Onlardan 50 mini Türkiyə vətəndaşı deyil. Yaşamaq üçün icazəsi olmayanlarla da xoş davranırıq. Biz xoş niyyətli olduğumuzu göstəririk.

Qaynarinfo.az xəbər verir ki, bu sözləri  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan erməni həmkarı Serj Sarkisyanın Azərbaycanla müharibəyə hazır olduqları barədə bəyanatını şərh edərkən bildirib.Ərdoğan bildirib ki, hazırkı vəziyyətdə Rusiya tam şəkildə Ermənistana açıq dəstək göstərə bilmir, çünki Azərbaycanla da qarşılıqlı əlaqələri var.

“Ermənistan Azərbaycanın işğaldan azad etdiyi ərazilərin əhəmiyyətsiz mövqelər olduğunu desə də, rəsmi İrəvan qorxu içindədir. Azərbaycandakı vəziyyət qonşu ölkələrə bənzəmir. Bu problem nə Gürcüstana, nə də Ukraynaya bənzəyir”

Azərbaycan ətrafındakı ölkələrə bənzəməz. Nə Gürcüstan, nə də Ukraynaya bənzəyir. Rusiya Ukraynada da istədiyi nəticəni ala bilmədi. Sadəcə Krımda tatarların sayı az olduğu üçün orada bir nəticəyə nail oldu. Rusiya düzgün hərəkət etmir”, - deyə, Ərdoğan bildirib.

Qaynarinfo.az