
Ermənistan ordusunun zabiti Azərbaycanla sərhəddə minaya düşüb
Ermənistanın Tavuş rayonunda mina partlayıb. Musavat.com-un News.am-a istinadən verdiyi məlumata görə, Ermənistan ordusunun 42 yaşlı zabiti yaralanıb.
Bu son bir neçə gün ərzində eyni rayonda sayca ikinci mina partlayışıdır. Avqustun 28-də Ermənistan ordusunun 4 hərbçisi minaya düşmüşdü.
Tabuş vilayəti Ermənistanın şimal-qərbində yerləşir və Azərbaycanla həmsərhəddir.
Qaynar.info