Xəbər lenti

Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanıldı
Dünya05:37 21.11.2020

Ermənistan parlamenti aparatının sabiq rəhbəri saxlanıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Milli Məclisi Aparatının keçmiş rəhbəri Ara Saqatelyan saxlanılıb.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə "News.am"a onun vəkili Akop Yenokyan bildirib.
Yenokyanın sözlərinə görə, Saqatelyan hakimiyyət əleyhinə mitinqlərin təşkilində şübhəli bilinir.
O, qeyd edib ki, məhkəmədə Saqatelyanın saxlanılmasına etiraz etməyə hazırlaşır.
Xatırladaq ki, noyabrın 10-da Ermənistanda baş nazir Nikol Paşinyan əleyhinə kütləvi etiraz aksiyaları keçirilir. Aksiyaçılar işğalçı ölkənin ikinci Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətinə etiraz əlaməti olaraq Paşinyanın istefasını tələb edirlər.