
Ermənistan rəhbərliyi Suriyadakı hərbi əməliyyatlardan qaçan suriyalı ermənilərə qucaq açır.
Qaynar.info-nun məlumatına görə, ölkə rəhbərliyi Suriyadan qaçan ermənilər üşün İrəvan yaxınlığında "Yeni Hələb" adlı yaşayış məskəni tikməyə qərar verib.
Ölkənin diaspora naziri Hranuş Hakopyan verdiyi açıqlamasında bildirib ki, İrəvan yaxınlığındakı Araqatsot ərazisində tikiləcək "Yeni Hələb"ə ilkin mərhələdə 600 ailə yerləşdiriləcək.
Yeni yaradılacaq yaşayış məskəni üçün maliyyə mənbələri axtarılır. 30 erməni sənətçisinin qatılacağı rəsm sərgisinin gəlirləri həmin işə sərf olunacaq.
Qaynar.info