Xəbər lenti

Ermənistan və Slovakiya müdafiə sahəsində əməkdaşlıq haqqında razılığa gəldi
Ölkə20:05 26.05.2025

Ermənistan və Slovakiya müdafiə sahəsində əməkdaşlıq haqqında razılığa gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Slovakiyanın iqtisadiyyat nazirinin müavini Vladimir Şimonyakın başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyində olub.
"Report” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, əvvəlcə Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla V.Şimonyak arasında görüş olub.
Daha sonra danışıqlar geniş tərkibdə davam etdirilib, tərəflər müdafiə sahəsində Ermənistan-Slovakiya əməkdaşlığı məsələlərini müzakirə edib və razılıq əldə ediblər.
Qeyd olunur ki, görüş Slovakiyanın Baş naziri Robert Fitsonun Ermənistana rəsmi səfəri çərçivəsində baş tutub.