Xəbər lenti

“Ermənistana dur deməyin vaxtı çatıb” - Türkiyənin baş naziri
Ölkə12:51 03.06.2016

“Ermənistana dur deməyin vaxtı çatıb” - Türkiyənin baş naziri

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir”

“Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyirik”.

 APA-nın məlumatına görə, bu sözləri Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana “dur” deməyin vaxtı çatıb: “ATƏT-in Minsk Qrupu toplanıb, dağılışır. Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib, həyata keçirənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb”.

Qaynarinfo.az