Xəbər lenti

Ermənistanda dünyaya qız uşağı gətirmək istəmirlər (STATİSTİKA)
Dünya14:59 20.12.2021

Ermənistanda dünyaya qız uşağı gətirmək istəmirlər (STATİSTİKA)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rəsmi statistikaya görə, Ermənistanın demoqrafik göstəriciləri acınacaqlıdır. 
Qaynarinfo erməni mediasına istinadən xəbər verir ki, ölkə əhalisinin sayı son illər durmadan azalır. 2021-ci ilin əvvəlində Ermənistan əhalisinin sayı 2 milyon 963,3 min idisə, 2016-cı ildə 2 milyon 998,6 min, 2017-ci ildə 2 milyon 986,1 min nəfər, 2018-ci ildə 2 milyon 972,7 min, 2019-cu ildə 2 milyon 965,3 min, 2020-ci ildə isə 2 milyon 959,7 min nəfərə qədər azalıb. 
Beləliklə, 5 ildə Ermənistan əhalisi 18-790 min nəfərə qədər, son 3 ildə isə 9,4 min nəfər azalıb.
2021-ci ilin 10 ayında ölkədə 30,282 uşaq doğulub. Bu, əvvəlki illərlə müqayisədə doğum artdığını göstərir. Lakin xüsusilə koronavirusdan ölənlərin sayı kəskin artdığından bu il təbii artım cəmi 3 min 146 nəfər təşkil edib.
Ermənistan Respubliksaı Əmək və Sosial Məsələlər Nazirliyinin rəsmilərininin verdiyi açıqlamaya görə, əhalinin davamlı azalmasının əsas səbəbi ölkədən kütləvi axın olması ilə bağlıdır. Son illər Ermənistanı tərk edənlərin sayı əhəmiyyətli şəkildə artıb. 
2016-2021-ci illərdə əhalinin sayının 18 087 nəfər azalması göstərir ki, təbii artım mühacirət boşluğunu ödəyə bilməyib. Bu ilin göstəricilərinə görə isə təbii artım və miqrasiyanın müsbət saldosu hesabına müsbət dinamika qeydə alınıb.
Müharibə və koronavirus səbəbindən ölüm halları çoxalıb. Məsələn, Ermənistanda təkcə koronavirusdan 3700 ölüm sayı olub ki, bunun nəticəsində yanvar-oktyabr aylarında təbii artım azalıb. 
Doğum statistikasına görə oğlan uşaqları qızlara nisbətən çoxluq təşkil edir. Bunun səbəbi isə qız uşaqlarından imtinadır. Ermənistanda minlərlə valideyn qız uşaqlarından imtina edir. Uşaq dünyaya gəlməmişdən əvvəl cinsiyyəti müəyyən edilir, əgər qızdırsa, o zaman abort edilir. Bu səbəbdən də qız uşaqların doğuşu sürətlə azalır.
Telman