Xəbər lenti

Ermənistanda iqtidar partiyası şərtini açıqladı
Dünya17:09 03.05.2018

Ermənistanda iqtidar partiyası şərtini açıqladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanda iqtidarda olan Respublikaçılar Partiyası şərtini bildirib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, müxalif lider Nikol Paşinyan aksiyaları dayandıracağı təqdirdə, partiya onun baş nazir olmasına köməklik göstərəcəyini açıqlayıb.
Xatırladaq ki, mayın 1-də parlamentdə keçirilən səsvermədə N.Paşinyan kifayət qədər səs toplaya bilmədiyi üçün baş nazir seçilməmişdi.
Qeyd edək ki, parlamentdə növbəti səsvermə mayın 8-də keçiriləcək.