Xəbər lenti

Ermənistanda rus hərbçini doğrayan tutuldu
Dünya15:59 15.06.2015

Ermənistanda rus hərbçini doğrayan tutuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın Gümrü şəhərində rus hərbi qulluqçu İvan Novikovun qətli ilə bağlı bir nəfər saxlanılıb. Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Sona Truzyan açıqlama verib.
Onun sözlərinə görə, saxlanılan şəxs müqavilə əsasında bazada xidmət göstərən əsgər olub. Lakin Truzyan saxlanılan hərbçinin adını açıqlamayıb.
Rusiya mətbuatının yazdığına görə, Gümrüdə Rusiyanın 102 saylı hərbi bazasında saxlanılan hərbi qulluqçu İvan Novikov adlı əsgəri qətlə yetirdiyini etiraf edib.
Qeyd edək ki, bu gün Gümrüdəki Rusiyanın 102 saylı hərbi bazasında xidmət edən İvan Novikov adlı əsgərin meyiti tapılıb. Onun Ermənistanda 2-3 aydır qulluq etdiyi bilbirilir.
Hərbçinin meyitinin üzərində bıçaq xəsarətləri olub.//Anspress
Qaynar.info