Xəbər lenti

Ermənistanın Baş prokuroru istefa verdi
Dünya11:00 04.08.2016

Ermənistanın Baş prokuroru istefa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ermənistanın Baş  prokuroru Gevorq Kostanyan vəzifəsindən istefa verib.

Qaynarinfo.Az erməni mətbuatına istinadən xəbər verir ki, Baş prokurorun köməkçisi Kristine Melkonyan öz "Facebook" səhifəsində xəbər verib:"Avqustun 4-də Baş prokurorluqda Gevorq Kostanyanın rəhbərliyi ilə iclas keçirilib. O, kolleguya üzvlərinə bəyan edib ki, səhhətində yaranmış problemlərlə bağlı respublika prezidentinə istefa ərizəsi ilə müraciət edib. Prezident onun istefasını qəbul edib". 

Gevorq Surikoviç Kostanyan 2003-cü ildən başlayaraq Ermənistanda bir çox yüksək vəzifələrdə çalışıb. 2013-cü il, oktyabrın 1-dən isə Ermənistanın baş prokuroru vəzifəsini daşıyırdı.

Silahlı qrupun İrəvanda polis bölməsini tutduğu günlərdə Gevorq Kostanyan, silahı yerə qoyub, başqa cinayət törətməyəcəkləri halda, onların bağışlanacağını demişdi.

Qızılgül

Qaynarinfo.Az