Polis, İstintaq Komitəsi və digər hüquq-mühafizə orqanlarının müstəntiqləri kütləvi şəkildə istefa ərizəsi verirlər.
Qaynarinfo xəbər verir ki, bu barədə çərşənbə günü "Joqovurd” qəzeti öz məlumatına istinadən
yazır.
"Öyrəndik ki, onların getməsinə səbəb başqa işə keçmək istəyidir. Xüsusilə, onların çoxu Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə keçmək istəyir. Üstəlik, rayon və inzibati istintaq idarələrinin rəisləri, rayon polis idarələrinin rəisləri daha yüksək maaşla Korrupsiyaya Qarşı Mübarizə Komitəsində işə başlamaq üçün artıq imtahan veriblər, başqa sözlə, hüquq-mühafizə orqanlarında Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə kütləvi şəkildə kadr axını müşahidə olunur”, - qəzet qeyd edir.
Qəzet onu da yazır ki, hüquq-mühafizə orqanlarının rəhbərləri vakant yerləri necə dolduracaqlarını bilmirlər.
Alpər