Xəbər lenti

Ermənistanın hərbi itkiləri 4005-ə çatdı (RƏSMİ)
Ölkə10:17 18.02.2021

Ermənistanın hərbi itkiləri 4005-ə çatdı (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan İkinci Qarabağ Müharibəsində verdiyi itkilərin yeni sayını açıqlayıb.
Ölkənin Səhiyyə Nazirliyi "Aysor.am” saytının sorğusuna cavab olaraq 3577 hərbçi cəsədinin məhkəmə-tibb ekspertizasını keçdiyini, daha 428 insan fraqmentinin DNT testindən keçiriləcəyini açıqlayıb.
Beləliklə, rəsmi Yerevanın etiraf etdiyi hərbi itkilər 4005-ə çatıb. Bununla belə, hakimiyyətin ölü, itkin düşənlər və yaralananlarla bağlı yekun rəqəmi hələ də açıqlamadığı qeyd olunur. /Modern.az