Xəbər lenti

Ermənistanın keçmiş müdafiə naziri:
Siyasət 15:11 01.08.2023

Ermənistanın keçmiş müdafiə naziri: "Müharibənin qarşısını ala və onu dayandıra bilmədim"

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan əsas məsuliyyət payını müharibənin qarşısını ala və sonra dayandıra bilməməsində görür.

Qaynarinfo xəbər verir ki, sabiq müdafiə naziri bunu 44 günlük müharibənin səbəb və nəticələrinin öyrənilməsi üzrə Ermənistan parlamentində yaradılmış komissiyasının iclasında deyib.

"Mülki-diplomatik bacarığım, biliyim və əlaqələrim müharibənin başlanmasının qarşısını almaq, sonra isə hərbi əməliyyatları dayandırmaq üçün kifayət etmədi”, deyə deyə hakim partiyasdan olan deputat Vilen Qabrielyanın sualına cavabında bildirib.

Bundan əvvəl məlum olub ki, məhkəmə həbsdə olan Tonoyanın komissiyanın müzakirəsində iştirakına icazə verib, o, cəzaçəkmə müəssisəsinin əməkdaşının müşayiəti ilə parlamentə gəlib. İclas iki gün - avqustun 1 və 2-də keçiriləcək.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan artıq iki dəfə komissiyanın iclasında iştirak edib. Bundan əvvəl komissiyaya keçmiş xarici işlər naziri Zöhrab Mnatsakanyan, Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş və indiki rəisləri - Onik Qasparyan və Edvard Asryan və digər yüksək rütbəli məmurlar dəvət olunub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->