Xəbər lenti

Ermənistanın təxribatı nəyə hesablanıb?
Siyasət08:51 30.05.2022

Ermənistanın təxribatı nəyə hesablanıb?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistan növbəti dəfə təxribata əl ataraq, Azərbaycanı atəşkəs rejimini pozmaqda ittiham edib. İrəvanın əsassız iddialarını Azərbaycan xarici işlər nazirliyi rədd edib: "... Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin pozulması ilə bağlı dezinformasiya xarakterli, iftira dolu açıqlamanı təkzib edir və bildirik ki, yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Politoloq Tural Rzayev isə Qaynarinfo-ya açıqlamasında bildrib ki, İrəvanın dezinformasiyası sülh prosesinə qarşı yönəlmiş addımıdır:
"Ermənistandakı revanşist qüvvələr yenidən təxribata əl atırlar. Məsələ ondadır ki, Ermənistan ordusu heç də tam şəkildə Nikol Paşinyanın nəzarətində deyil. Bu mənada Azərbaycan tərəfindən guya atəşkəsin pozulması barədə ermənilərin ortaya atdığı iddialar münaqişənin sülh yolu ilə həll olunmasına qarşı çıxan revanşist dairələrin işidir. 
"Qarabağ klanı”, Koçaryan-Sarkisyan tərəfdarları, terrorçu qüvvələr, habelə Brüsselin vasitəçiliyinə qarşı çıxanlar belə təxribatlara əl atırlar. Rusiya hələ də Ermənistan daxilində güclü təsir imkanına malikdir və "Brüssel anlaşması” onları rahatsız edib. Hədəfdə sülh müqaviləsidir. Revanşistlər prosesi yenidən Rusiyanın nəzarətinə qaytarmaq istəyirlər”.
Rüfət Sultan