Suriya prezidenti uzun müddətdən sonra nətbuat qarşısına çıxıb
Suriya prezidenti Bəşər Əsəd ən böyük qorxusunu açıqlayıb. Amerikanın “CBS News” kanalına müsahibə verən Əsəd avqustun 21-də Dəməşq yaxınlığında kimyəvi silahdan istifadə etməsinə dair hər hansı bir dəlil olmadığını deyib. Bundan başqa Bəşər Əsəd ABŞ Suriyaya hərbi müdaxilə edəcəyi təqdirdə məruz qalacağı təhlükədən də danışıb.
ABŞ-ın hərbi hücumlarına cavab verməyə hazır olduğunu deyən Bəşər Əsəd bu cavab zəminində ordusunun zəifləyərək daxili insidentlər üçün gücsüz vəziyyətə düşəcəyindən qorxduğunu deyib./anspress/