Xəbər lenti

Əsəd Şərqi Qutada kimyəvi silahdan istifadə etdi
Dünya06:05 26.02.2018

Əsəd Şərqi Qutada kimyəvi silahdan istifadə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
BMT Təhlükəsizlik Şurasının Suriyanın Şərqi Quta ərazisində atəşkəs elan etməsinə baxmayaraq hücumlar davam edir.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Bəşər Əsəd rejiminin bölgədə xlor qazı tərkibli kimyəvi silahdan istifadə etdiyi və 16 mülki vətəndaşın zəhərli qazın təsirinə məruz qaldığı vurğulanır. Zərərçəkənlər Duma xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, BMT TŞ 2 gün əvvəl humanitar yardım məqsədilə ərazidə 30 günlük atəşkəs elan edib, lakin bu qərara əməl edilmir və Əsəd qüvvələrinin hava hücumları davam edir. Son bir həftədə Şərqu Qutada 500-dən çox mülki vətəndaş hücumlar nəticəsində öldürülüb.
Gülşən