Xəbər lenti

Əsəd vəhabiliyi təhlükə adlandırdı
Dünya05:47 17.01.2014

Əsəd vəhabiliyi təhlükə adlandırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Səudiyyə Ərəbistanında olan siyasi və dini ideologiya dünya üçün təhlükədir"

Suriya prezidenti Bəşər Əsəd vəhabiliyin bütün dünyaya təhlükə adlandırıb. Anspress-in Rusiya tbuatına istinadən verdiyi məlumata görə, bu barədə Suriya prezidenti Bəşər Əsəd İranın xarici işlər naziri Cavad Zəriflə görüşdə danışıb. 

Görüş zamanı Bəşər Əsəd qeyd edib ki, Səudiyyə Ərəbistanında olan siyasi və dini ideologiya dünya üçün təhlükədir. Əsəd daha sonra Səudiyyə Ərəbistanında üstünlük təşkil edən və ona qarşı mübarizə aparan üsyançıların əsas himayəçisi olan vəhabiliyi nəzərdə tutduğunu sözlərinə əlavə edib.

Suriya prezidenti çıxışının sonunda vəhabiliyin kökünü kəsmək lazım olduğunu vurğulayıb.

Qaynar.info