
Suriyanın ən tanınmış sünni din xadimlərindən olan Ramazan əl Buti Dəməşqdəki İman məscidinə atılan mərmi nəticəsində həlak olub.
Qaynar.info-nun məlumatına görə, Suriya dövlət televiziyasının verdiyi xəbərdə Buti ilə birlikdə çoxlu sayda insanın öldüyü bildirilib.
Suriya hakimiyyəti bunun terror aksiyası olduğunu deyərək, din xadiminin öldürülməsində müxalifətin günahkar olduğunu bildirib. Lakin müxalifət adından açıqlama verən Suriya Yerli Komitəsi bunun rejimin əməli olduğunu söyləyib.
Suriya prezidenti Bəşər Əsədin ən yaxın adamlarından hesab edilən Buti sünni lider olmasına baxmayaraq, müxalifət əleyhinə çağırışlar edirdi.
Qaynar.info