Xəbər lenti

Əsgərlərimizin vurduğu 30 ermənidən xəbər: 5-nin durumu ağır, 1-i isə komadadır
Dünya13:40 06.04.2016

Əsgərlərimizin vurduğu 30 ermənidən xəbər: 5-nin durumu ağır, 1-i isə komadadır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda 30 erməni hərbçisi İrəvan Mərkəzi Hərbi Xəstəxanasında yaralı durumdadır.

Qaynar.info xəbər verir ki, bu barədə həmin hospitalın rəisi Aram Asaturyan erməni jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son 2 gündə xəstəxana daha 18 yaralı qəbul edib. Bunadək isə 12 hərbçi xəstəxanada idi.

"İndi bizdə ümumilikdə 30 yaralı var. Bunlardan 5-nin durumu olduqca ağır dəyərləndirilir. Həmin 5 nəfərdən 4-ü hərbi xidmətə təcili çağırılan və 1-i isə "Yerkrap" könüllülər birliyinin üzvüdür. 5 hərbi xidmətçinin durumu sabit ağır dəyərləndirilir, qalanları isə qənaətbəxş vəziyyətdədirlər", deyə Asaturyan bildirib.

Asaturyan həmçinin bildirib ki, bu gün 3 yaralı daha xəstəxanaya gətirilib. Bunlardan 19 yaşlı Ayk Torosyan koma vəziyyətindədir. Hospital rəisi onu da bildirib ki, sağalanlar cəbhədəki xidmətlərinə geri qayıdacaqlar.

Qaynar.info