
"İsveçrənin Credit Suisse təşkilatı 2010-cu ildən bəri hər il dünya ölkələri üzrə ailə təsərrüfatlarının sahib olduğu sərvətlərin həcmi ilə bağlı qlobal hesabat açıqlayıb. Təşkilatın qiymətləndirməsinə görə, hazırda dünya sərvətin dəyərini 255 trln. USD təşkil edir. Bunun təxminən 165 trln. USD-i Şimali Amerika və Avropa ölkələrinin payına düşür".
Qaynarinfo.Az xəbər verir ki bu sözləri iqtisadçı ekspert Rövşən Ağayev "Credit Suisse"-in ailə sərvətlərinə dair hesabatını şərh edərkən deyib.
Ekspert bildirib ki, təşkilatın məlumatına görə, bu rəqəm Azərbaycan üzrə hazırda 86 mlrd. USD təşkil edir: "Ölkədə 6.5 mln. nəfər yetkinlik yaşına çatmış şəxs olduğu bildirilir və bu şəxsləri hər birinə 13.2 min sərvət düşdüyü bildirilir. Credit Suisse ailələrin sərvətlərini maliyyə və qeyri-maliyyə sərvətlərinə bölür. Maliyyə sərvətlərinə vətəndaşların sahib olduğu pul, qiymətli daş-qaş və qiymətli kağızları aid edir. Qeyri-maliyyə aktivlərə mənzil, avtomobil, uzunmüddət istifadə oluna ev əşyaları daxil edilir.Təşkilatın hesablamasına görə, Azərbaycanda 6.5 milyon nəfər yetkin vətəndaşın (16 yaşdan yuxarı) 65.1%-nin adambaşına sərvətinin dəyəri 10 min USD-ə qədərdir. 33.2%-i şəxsin sərvətinin dəyəri 10-100 min USD-ə intervalında dəyişir. 1.6% (təxminən yetkinlik yaşına çatmış əhalinin 100 min nəfəri) şəxsin sərvətlərinin dəyəri 100 min USD-dən yuxardır".
Rövşən Ağayev onu da vurğulayıb ki, bizim təşkilatın ekspertləri bir müddət əvvəl müxtəlif mənbələr və dolayı qiymətlərndirmələr əsasında Azərbaycanda təkcə mənzil əmlakının real dəyərinin 35-40 milyrad USD olduğunu qiymətləndirmişdi.
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az