Xəbər lenti

Eşşəkləri buz bağladı - FOTOLAR
Dünya05:23 13.12.2013

Eşşəkləri buz bağladı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kənddən 1 kilometr uzaqlıqdakı tarlada donan 5 eşşəyi kənd sakinləri xilas ediblər

Türkiyədə eşşəklər buz bağlayıb. Bu qəribə hadisə Türkiyənin Şanlıurfa şəhərinin Siverek mahalında soyuq və qarlı havada baş verib.

Siverekin 35 kilometr uzaqlığındakı Karlık kəndində dünən gecədən etibarən soyuq hava şəraiti və yağan qara görə tarlalardakı 5 eşşək tamamilə buz bağlayıb. Kənddən 1 kilometr uzaqlıqdakı boş sahədə soyuqdan qorunma instinktiylə bir-birinə qısılıb hərəkətsiz qalan eşşəklər kənd sakinləri tərəfindən aşkar edilərək tövləyə aparılıb. // ANS PRESS