Dənizkənarı Milli Parkda yerləşən "Ester Bijoux Bakı" bijuteriya (zərgərlik) mağazasında yoxlama aparılıb.
Qaynarinfo-nun məlumatına görə, Neftçilər prospekti, 42 ünvanında yerləşən "Ester Bijoux Bakı" zərgərlik mağazasında keçirilən yoxlama yanğın təhlükəsizliyi ilə bağlı olub.
Məlum olub ki, yanğın-texniki təhlükəsizliyinin müayinəsi keçirilən zaman obyektin köçürmə planı tərtib edilməyib, obyekt yanğınsöndürən balonlarla norma və qaydaların tələblərinə uyğun təmin olunmayıb, obyektin mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun sazlığı barəsində lisenziyalı təşkilatların nümayəndələri tərəfindən müvafiq baxış aktları tərtib edilməyib, obyektin elektrik təsərrüfatına profilaktiki baxış keçirilməyib.
Zərgərlik mağazası barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə "Ester Bijoux Bakı" mağazasının sahibi 350 manat məbləğində inzibati qaydada cərimə edilib.
Aydın
Şərhlər