Xəbər lenti

Dünya 15:40 19.03.2024

Estoniya da Rusiya diplomatını ölkədən qovur

Rusiya səfirliyinin müvəqqəti işlər vəkili Lenar Salimullim Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Qaynarinfo Estoniyanın "Delfi” nəşrinə istinadən xəbər verir ki, ona səfirliyin bir diplomatik əməkdaşının persona non-qrata elan edildiyinə dair nota təqdim edilib.

Notanı çatdıran zaman Salimullinə məlumat verilib ki, Tallin "Rusiyanın Estoniyanın müstəqilliyi və suverenliyinə qarşı hərəkətlərinə dözmək niyyətində deyil və bunu son dərəcə aydın şəkildə ifadə etməyi zəruri hesab edir”. Estoniya Xarici İşlər Nazirliyi hesab edir ki, Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilən hibrid əməliyyatlar ölkənin təhlükəsizliyinə qarşı aparılır. Estoniyanın diplomatik qurumu bu fəaliyyətin dayandırılmasını tələb edib.

Nazirlik vurğulayıb ki, onlar öz təhlükəsizlikləri məsələsini tərəfdaşları ilə müzakirə edəcək və Estoniya cəmiyyətinin və dəyərlərinin qorunması üçün əlavə tədbirlər görəcəklər. 

"RİA Novosti" xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi rusiyalı diplomatın ölkədən çıxarılmasına cavab olaraq tədbir görəcəyi ilə hədələyib.
Bu gün həmçinin Moldova hakimiyyəti rusiyalı diplomatın ölkədən çıxarıldığını elan edib. Dnestryanıda Rusiya prezident seçkilərində səsvermənin təşkili ilə bağlı Rusiya səfirinə etiraz edilib.

Nizami Bağırov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?