Xəbər lenti

Ət və çörək yenə bahalaşdı - FOTO
Ekonomiks10:12 05.10.2016

Ət və çörək yenə bahalaşdı - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son günlər istehlak bazarında ətin qiymətinin bahalaşması ilə bağlı xəbərlər yayılır. Qaynarinfo.Az xəbər verir ki, alıcılar onlara təklif edilən sümüklü və ya sümüksüz ətin qiymətində 1 manata yaxın bahalaşma olduğunu bildirirlər. Belə ki hazırda sümüklü mal əti 9 manat, sümüksüz isə 11 manata satılır.
“Qafqazinfo” məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevlə əlaqə saxlayıb. O bildirib ki, istehlak bazarında alıcılara müxtəlif çeşidlərdə ət və ət məhsulları təklif olunur: “Çeşidlərin müxtəlifliyi isə alıcıların təlabatının ödənilməsinə xidmət edir. Bununla belə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən son günlər aparılan monitorinqlər zamanı ətin qiymətində dəyişiklik qeydə alınmayıb”.
Moderator.az-ın məlumatına görə isə “Bazar Store”da çörəyin qiymətində növbəti dəfə bahalaşma müşahidə olunub.
4 ay bundan öncə qiyməti 30 qəpiyə olan zavod çörəyi hazırda 50 qəpiyə satılır.
Qeyd edək ki, hələ ötən həftə bu çörəyin qiyməti 40 qəpik idi.
Qaynarinfo.Az