Xəbər lenti

Etna vulkanı yenə püskürdü
Dünya13:00 30.05.2019

Etna vulkanı yenə püskürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyanın cənubundakı Siciliya adasında yerləşən Etna vulkanı yenidən aktivləşib.
Qaynarinfo xəbər verir ki, Avropanın ən yüksək aktiv vulkanı yüzlərlə metr hündürlüyə kül və lava püskürür. Milli Coğrafi və Vulkanik Tədqiqatlar İnstitutundan verilən məlumata görə, Etnadakı proseslər bir neçə gün və ya aylarla davam edə bilər. 
Təhlükəsizlik məsələsinə görə ərazidəki turist axını nəzarətə alınıb. Hava nəqliyyatının işində problem yaranmayıb.
Gülşən