Xəbər lenti

“Ətraf mühit və Mən” adlı layihə Gəncədə - FOTO
Ölkə12:36 17.12.2013

“Ətraf mühit və Mən” adlı layihə Gəncədə - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Ətraf mühit və Mən” adlı layihə Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilir. 

Hacıkənd qəsəbəsində təbiət qoynunda baş tutan faydalı layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər iştirak edir.

“Ətraf mühit və Mən” adlı layihənin əsas məqsədi gənclərə təbiəti, ətraf mühiti daha çox sevdirmək, onları ekoloji problemlərin həllində aktivliyə səsləmək, ətraf mühitin çirklənməsinə səbəb olan amillərin araşdırılması və mövzu ilə bağlı gənclərin maraqlı fikirlərini öyrənməkdir. 

Layihə çərçivəsində  “OdlarYurdu” GİB-nın  Hacıkənd qəsəbəsində təşkil etdiyi  “Qış məktəbi”ndə ətraf mühitlə bağlı maarifləndirici video-çarxlar nümayiş olunur, təlimçilərin mövzu ətrafında mühazirələri dinlənilir. Bundan başqa gənclərlə diskussiyalar aparılır. 

“Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərovanın verdiyi məlumata əsasən “Qış məktəbi” layihəsi 15 -19 dekabr tarixlərini əhatə edir. Layihə çərçivəsində gənclər ətraf mühitlə bağlı yeni layihələrin hazırlanmasına da cəlb edilir. Eyni zamanda gənclərdə təlimlər zamanı ekoloji mədəniyyət səviyyəsi yüksəldilir, gənclər ətraf mühitin mühafizəsinə cəlb olunur.  

“OdlarYurdu” Gənclər İctimai Birliyinin sədri Nigar Ələsgərova onu da bildirib ki, təlimlərin yekunu olaraq layihəni uğurla bitirən iştirakçılara şəhadətnamələr təqdim olunacaq.

Qaynar.info