Xəbər lenti

"European Tobacco-Baku" ləğv olunur
Ekonomiks15:05 21.04.2026

"European Tobacco-Baku" ləğv olunur

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"European Tobacco-Baku" ASC ləğv olunduğunu elan edib.
Qaynarinfo bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, 1-ci Köndələn küçəsi, ev 21 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "European Tobacco-Baku" 2001-ci ildə yaradılıb, Azərbaycanın aparıcı siqaret istehsalçısıdır. Onun nizamnamə kapitalı 134 min manata yaxındır. Müəssisənin sahibi keçmiş deputat Rüfət Quliyevdir.