Xəbər lenti

Ev sahibi oğru tərəfindən döyülüb bıçaqlandı - Gəncədə
Ölkə05:32 26.09.2016

Ev sahibi oğru tərəfindən döyülüb bıçaqlandı - Gəncədə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Gəncədə oğru ev sahibini öncə döyüb, sonra isə bıçaqlayıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə gecə saatlarında baş verib.

Belə ki, həmin ərazidə yaşayan, 1961-ci il təvəllüdlü Məmmədov Şamil evinə oğurluğa girən naməlum şəxs tərəfindən döyülüb, sonra isə ayağından bir bıçaq zərbəsi alıb.

Hadisəni törədən oğru qaçıb. Səs küyə gələn qonşular onun yaralı olduğunu görərək təcili tibbi yardım çağırıblar. Ağır xəsarət alan şəxs Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Dərhal əməlliyat olunan yaralının vəziyyəti orta-ağır olaraq qalır.

Gəncə şəhər Baş Polis İdarəsindən isə faktla bağlı araşdırma aparıldığı bildirilib.

Qaynarinfo.Az