Dünyanın zirvəsi olaraq qəbul edilən Everest Dağında baş verən uçqun nəticəsində altı nəfərin həyatını itirdiyi bildirilib.“Axar.az” xəbər verir ki, Turizm Nazirliyinin səlahiyyətli şəxsləri səhər saatlarında 6 min 400 metr yüksəklikdəki düşərgənin yaxınlığında baş verən hadisə nəticəsində 9 nəfərin qar uçqunu altında qaldığını deyib. Ölənlərin və itkin düşənlərin Şerpa qəbiləsindən olan bələdçilər olduğu bildirilib.
Uçqunun bələdçilərin səhər saat 06.30-da alpinistlərin kəndirlərinə nəzarət etdiyi anda baş verdiyi məlum olub.
Düşərgədə 8 min 850 metr yüksəkliyindəki zirvəyə dırmanmaq üçün hava şəraitinin düzəlməsini gözləyən yüzlərlə alpinistin olduğu deyilib.
Qaynar.info