Xəbər lenti

Əvəz Qurbanlı "Qarabağ"ın qələbəsinə qəzəl yazdı
Ölkə13:36 23.02.2024

Əvəz Qurbanlı "Qarabağ"ın qələbəsinə qəzəl yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış qəzəlxan, satirik şair Əvəz Qurbanlı "Qarabağ" komandasının dünənki qələbəsinə qəzəl həsr edib.
Qaynarinfo həmin qəzəli oxuculara təqdim edir:
Gəldikdə o müdhiş, o gözəl qol Qarabağdan,
Kişnərti səsi kükrədi "simvol Qarabağ"dan!
44 günə bitdi 30 il həsrətin ömrü,
Bildik keçir Avropaya da yol Qarabağdan.
Hərçənd inanırdım Qarabağ can qoyar, amma
Heç gözləməmişdim belə futbol Qarabağdan.
"Qalsın favoritlər kağız üstündə" bu gündən,
Gəlsin qələbə müjdəsi bol-bol Qarabağdan.
Ey arzusu qəlbində qalan məyus azarkeş,
Gördün uduzur öz takımın, ol Qarabağdan! 
Qurbanlı da Qurbansayağı doldu bu axşam,
Hərçənd Vətən dərdi dedi: "Dol Qarabağdan".