Xəbər lenti

Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürüldü
Ölkə11:27 03.08.2013

Əvəz Zeynallı Bakı İstintaq Təcridxanasına köçürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Fəaliyyəti dayandırılmış «Xural» qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Əvəz Zeynallı 10 saylı cəzaçəkmə müəssisəsindən yenidən Bakı İstintaq Təcridxanasına köçürülüb. 

Bu barədə «Bizm Yol»a Ə.Zeynallının həyat yoldaşı Məlahət Zeynallı məlumat verib.

Onun sözlərinə görə, 2 il əvvəl «Xural» qəzetinin Mətbuat Şurasına qarşı qaldırdığı iddiaya Nərimanov Rayon Məhkəməsinin hakimi Məzahir Sadıxov baxmaqdan imtina etmiş və iddiaçı «Xural» qəzeti Nərimanov Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdi. Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxladığından iş Ali Məhkəməyə təqdim olunmuşdu. Ali Məhkəmə isə həm Nərimanov rayon Məhkəməsinin, həm də Apellyasiya Məhkəməsinin qərarlarını «yetərli əsasların olmaması» səbəbilə ləğv edərək, işi yenidən birinci instansiya məhkəməsinə göndərib.

Belə ki, iyulun 23-də Nərimanov rayon Məhkəməsinin hakimi M.Sadıxovun sədrliyilə keçirilən iclasda Mətbuat Şurasının səlahiyyətli nümayəndələri iştirak etmədiyindən, işə baxılması qeyri-müəyyən müddətə təxirə salınıb.

Qəzetin hüquqlarını müdafiə edən Media Hüququ İnstitutunun vəkili Elçin Sadıqov isə bildirib ki, prosesdə iştirak etmək üçün, hazırda həbsdə saxlanılan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının da iştirakının təmin edilməsi xahiş olunub.

Baş redaktor özü şəxsən məhkəmədə iştirak etmək və rəhbərlik etdiyi qurumun hüquqlarını müdafiə etmək niyyətindədir.

“Mənim qədər bu məsələ haqda məlumatlı olan, o səbəbdən də qəzetin hüquqlarını mənim qədər müdafiə edəcək adam ola bilməz. O baxımdan, vəkillərimdən xahiş etmişəm ki, mənim prosesdə iştirakımı təmin etsinlər”, — deyə Ə.Zeynallı bildirib.

Qaynar.info