Xəbər lenti

“Evimizi satdıq”- sabiq nazirin qardaşı
Ölkə14:10 14.07.2014

“Evimizi satdıq”- sabiq nazirin qardaşı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Ora getməyim üçün zərurət də olmayıb”

İsmayıllı Rayon İcra Hakimiyyətinin keçmişbaşçısı Nizami Ələkbərov “Media forum” saytının suallarınıcavablandırıb. Qaynar.info həmin müsahibəni təqdim edir.

Nizami Ələkbərov ötən il İsmayıllıda baş verən hadisələrdən sonra icra başçısı vəzifəsindən azad olunub.

Ötənil yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin inzibatçısı vəonun tanışı yerli sakinləri təhqir edib. Bu insident böyüyərək kütləviiğtişaşlara çevrilib. Yanvarın 24-də də davam edən olaylarda İsmayıllıRayon İcra Hakimiyyətinin başçısı Nizami Ələkbərovun istefası tələbolunub. Fevralın 14-də prezident İlham Əliyev Nizami Ələkbərovunİsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsihaqda sərəncam imzalayıb. İsmayıllı olaylarına görə 20 nəfər məhkumolunub. O, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri FüzuliƏləkbərovun qardaşıdır.

- Hazırda nə işlə məşğul olursunuz?

-Elə bir işim yoxdur. Gözləyirik, Allahın köməkliyi ilə bizimlə bağlı dabir təyinat olar. Ümid edirəm ki, diqqətdən kənarda qalmayacağıq.Həmişə cənab prezidentə, dövlətimizə xidmət etmişik.

- İcra başçısı vəzifəsindən azad olunduqdan sonra özəl şirkətdə çalışırdınız. Həmin işinizdən də uzaqlaşmısınız?

- Əslində özəl şirkət deyildi. Sərbəst fəaliyyət göstərirdim. İndi də elə işləyirəm.

- İcra başçısı vəzifəsindən çıxarıldıqdan sonra İsmayıllı rayonuna getmisinizmi?

-Xeyr, getməmişəm. Buna ehtiyac da yoxdur. Ora getməyim üçün zərurət dəolmayıb. Amma mənim ismayıllılardan, İsmayıllı camaatının da məndən heçbir incikliyimiz yoxdur. Bayramlarda, ad günümdə mənə ən çox zəng edən,təbrik edən İsmayıllı camaatı olur. Mənə zəng edənlər arasında rayondamüxtəlif vəzifələrdə çalışanlar da, sadə vətəndaşlar da olur.

- Sizcə, İsmayıllıya getsəniz insanlar sizi necə qarşılayar?

-Mən ən çox ismayıllılarla əlaqə saxlayıram, onları çox istəyirəm, böyükhörmətim var. Ən böyük yaxşılığa layiq camaatdır. Hesab edirəm ki,onların da mənə münasibəti yaxşıdır. Bunu rayona gedib sadə insanlardanda soruşa bilərsiniz. İndi hadisəydi oldu, heç kim istəməzdi ki, olsun.Hadisələr başlayan andan insanların arasında olmuşam. Yanımda bir nəfərdə olsun mühafizəçi, polis olmayıb. Sərbəst formada hərəkət etmişəm,insanlarla danışmışam. 6 il 6 ay İsmayıllının icra başçısı işləmişəm.Heç vaxt yanımda polis, mühafizəçi olmayıb, rayonda hara istəmişəm tamrahat, sərbəst getmişəm, toyda, yasda iştirak etmişəm. Rayonun bütünkəndlərində dəfələrlə olmuşam, camaatla görüşmüşəm, problemlərini həlletməyə çalışmışam, dərdlərinə şərik olmuşam. Camaatla aramızdahörmət-izzət olub, mehriban olmuşuq. Gərək hadisələr olmayaydı, ammaneyləmək olar, oldu.

- İsmayıllıda eviniz var?

- Mən orada işləyəndə vardı, indi isə yoxdur. İsmayıllıdakı evimizi satdıq.

- Niyə satdınız?

-Əslində mənim evim deyildi. Oğlumun adına idi. Sonra da qalmasınaehtiyac olmadı, satdıq. Söz-söhbət olurdu, ona görə də satdıq.

-Dediniz ki, İsmayıllı camaatı ilə sıx əlaqələriniz var. Camaat yeniicra başçısı Mirdamət Sadıqovun fəaliyyətini necə qiymətləndirir?

-Çox gözəl işləyir. Mirdamət Sadıqov ziyalı, ağsaqqal, İsmayıllıda çoxnüfuzlu, hörmətli şəxsdir. Mən icra başçısı işləyəndə Mirdamət müəllimihər zaman bütün tədbirlərə dəvət edirdim, məclisin başında əyləşirdi.İndi də rayonu çox gözəl idarə edir, yaxşı işlər görür.

-Siz işdən azad olunandan bir müddət sonra əmək və əhalinin sosialmüdafiəsi naziri işləyən qardaşınız Füzuli Ələkbərov da vəzifəsindənçıxarıldı. İşdən çıxarılmalar siz qardaşlara qarşı aparılan kampaniyanınnəticəsi idi?

- Xeyr, heç bir kampaniya olmayıb. Bizəetimad göstərildi, işlədik. Başlanğıc olduğu kimi zaman gəlir, son daolur. İndi başqa bir mərhələ, dəyişiklik də gözlənilir. İnşallah, beləolar. Həyatdır da, həyatda hər şey olur.

- Füzuli Ələkbərovla əlaqəniz var, görüşürsünüz?

- Təbii. Biz qardaşıq, əlaqə saxlayırıq, görüşürük.

- Füzuli müəllim Azərbaycandadır, yoxsa xaricdə yaşayır?

-Füzuli müəllim heç hara getməyib, Azərbaycandadır. Biz hamımızvətənimizdəyik. Sadəcə olaraq Füzuli müəllim hazırda xaricdə yayməzuniyyətindədir.

- Füzuli Ələkbərov ümumiyyətlə nə işlə məşğul olur?

- Füzuli müəllimin işi-gücü var.

- Yəqin biznesi nəzərdə tutursunuz…

- Bəli.