Xəbər lenti

Evinə girən oğruya şok təklif
Dünya07:13 11.04.2013

Evinə girən oğruya şok təklif

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtaliyada bir nəfər evinə girən oğrunun işsiz olduğunu öyrənəndə ona iş təklif edib. 
Qaynar.info-nun məlumatına görə, 62 yaşlı Paolo Pedrotti Florensiya yaxınlığında yerləşən evinə girən və onu bıçaqla təhdid edən oğruya şok təklif edib. 
Məlumata görə, oğru Marselo Mucci ev sahibini görən zaman qorxduğunu və heç bir şey etmədiyini söyləyib. Ev yiyəsi polisə zəng vuraraq, oğrunu həbs etdirib. Lakin onun işsiz olduğunu öyrəndikdən sonra oğruya yanında işləməyi təklif edib. 
Oğru indi gündə 8 saat ev sahibinin həyətindəki otları təmizləyəcək. 
Həbsxanada keçirdiyi bir neçə saat sonra azad edilən və təəccübünü gizlədə bilməyən oğru dərhal işi qəbul edib. 
Ev yiyəsi isə verdiyi açıqlamasında, rahib və ya katolik olmadığını, ancaq Konfutsinin "Bir nəfərə yardım etmək istəyirsinizsə ona balıq tutub verməyin, balıq tutmağı öyrədin" məsəlinə əməl etdiyini deyib. 
Qaynar.info