Xəbər lenti

Çevriliş "Qalatarasaray"ın 15 milyon avro qazanmasına mane oldu
İdman10:20 20.07.2016

Çevriliş "Qalatarasaray"ın 15 milyon avro qazanmasına mane oldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Maddi sıxıntılarını həll etmək istəyən “Qalatasaray” Türkiyədə hərbi çevrilişə cəhddən sonra daha çətin duruma düşüb.

Qaynarinfo.az xəbər verir ki, bir müddət əvvəl İstanbul klubu Qətərin “Qatar Airways” şirkəti ilə sponsorluq reklamı üçün razılıq əldə etmişdi. Razılaşmaya əsasən, “sarı-qırmızılılar”ın formasının üzərində 3 il müddətində şirkətin adı yazılacaqdı. Klub bu əmıkdaşlıqdan 15 milyon avro gəlir götürəcəkdi. 

Ancaq ötən həftə Türkiyədə hərbi çevrilişə cəhddən sonra Qətər şirkəti “Qalatarasay”la danışıqları dayandırıb. Belə ki, tərəflər arasında növbəti görüş qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Qaynarinfo.az