Xəbər lenti

Çexiyada marixuanadan istifadəyə icazə verildi
Dünya16:40 02.04.2013

Çexiyada marixuanadan istifadəyə icazə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Çexiyada narkotik maddə olan marixuanadan bəzi xəstəliklərin müalicəsində istifadəyə icazə verən qanun qüvvəyə minib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "İnterfaks" Çexiyanın "Denik" qəzetinə istinadən məlumat verir.

Marixuana xərçəng, Parkinson, skleroz kimi ağır xəstəliklərin simptomplarının yüngülləşdirilməsi üçün istifadə olunacaq.

Bununla belə, marixuananı yalnız həkimin təyinatı üzrə əldə etmək mümkün olacaq. Yaxın il ərzində Çexiyada tibbi məqsədlər üçün marixuananın yetişdirilməsinə görə 5 il müddətinə lisenziya veriləcək. Bunadək isə bitkini ölkəyə idxal etmək lazım olacaq.

Qaynar.info